ABŞ istehlakçı inamında məhdud azalma | Banco.az

ABŞ istehlakçı inamında məhdud azalma

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Prezidenti Tramp nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər səbəbilə Çin məhsullarına qarşı 100 faiz əlavə gömrük vergisi tətbiq edəcəklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların meyillərinə əsaslanaraq hazırladığı istehlakçı inam indeksinin oktyabr ayına dair ilkin məlumatlarını açıqlayıb.

Buna əsasən, istehlakçı inam indeksi oktyabrda ötən ayla müqayisədə 0,1 bənd azalaraq 55 səviyyəsinə enib.

Bazar gözləntilərinə nisbətən daha yüksək nəticə göstərən istehlakçı inam indeksinin bu dövrdə 54,1 səviyyəsində olacağı proqnozlaşdırılırdı.

İstehlakçı inam indeksi sentyabr ayında 55,1 olaraq qeydə alınmışdı.

Amerikalıların hazırkı maliyyə vəziyyətinə dair qiymətləndirməsini ölçən mövcud iqtisadi şərait indeksi oktyabrda aylıq müqayisədə 0,6 bənd artaraq 61-ə yüksəlib.

İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı proqnozları indeksi isə eyni dövrdə 0,5 bənd azalaraq 51,2-yə düşüb.

İstehlakçıların qısamüddətli inflyasiya gözləntisi oktyabrda 4,7 faizdən 4,6 faizə enməsinə baxmayaraq, hələ də yüksək səviyyədə qalmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram