Banco.az | Tezliklə

Sabahdan parlamentdə gələn ilin büdcə müzakirələrinə başlanılır

Sabahdan başlayaraq üç gün ardıcıl Milli Məclisin plenar iclası keçiriləcək.

İclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Azərbaycanca

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,7 mln. dəfə müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəyə ictimai maraq cari ilin noyabr ayında da artmaqda davam edib. Əvvəlki ayla müqayisədə noyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 9,5% (49 206 müraciət) artaraq 569 639-a çatıb.

Azərbaycanca

"AzRe Təkrarsığorta" ASC-nin reytinqi təsdiqlənib

"AM Best" beynəlxalq reytinq agentliyi Azərbaycanın "AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. "AM Best"in rəsmi veb-saytına istinadən verilən xəbərə görə, Şirkətin maliyyə sabitliyi "B+", kredit reytinqi isə "BBB-" səviyyəsində təsdiqlənib. Hər iki reytinq üzrə proqnozun "stabil" olduğu qeyd edilir.

Azərbaycanca

2017-ci ildə Azərbaycanı nə gözləyir?

"2017-ci il asan il olmayacaq"

Qarşıdan yeni il gəlir, lakin ölkənin iqtisadi vəziyyəti heç də ürək açan deyil. Son aylar manatın məzənnəsinin tez-tez dəyişməsi, neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi gələn ilin ölkəmiz üçün ağır olacağından xəbər verir. 

Azərbaycanca

Gürcüstan hökumətinin antiböhran paketi valyuta bazarında çaxnaşma yaradıb

Gürcüstanın hökuməti iqtisadiyyatı stimullaşdırmaq, sosial gərginliyi azaltmaq və milli valyuta olan larinin devalvasiyasının qarşısını almaq məqsədilə tədbirlər paketi hazırlayıb. RFI-yə istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Nazirlər Kabinetinin iclasında bildirib.

Azərbaycanca

Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Vergilər nazirinin yeni müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev təyin edilib. M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycanca

Ekspert: Mərkəzi Bank 4%-lik marjanı ləğv etməlidir

“Bir tərəfdən hökumət qurumları - Maliyyə Bazarlarına Nəzarət Palatası və sair ölkədə xarici valyuta alqı-satqısı ilə əlaqədar bəyan edirlər ki, “qara bazar” qanunsuzdur və ona qarşı ciddi mübarizə aparırıq, amma digər tərəfdən də saytlar Mərkəzi Bankın (AMB) keçirdiyi hərraclardan savayı, hər gün “qara bazar”dakı mövcud məzənnə barədə də açıqlamalar yayırlar. 

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (05.12.2016)

Azərbaycan Mərkəzi Bankı 5 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, dekabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7339 manat təşkil edir.

Azərbaycanca

Bankir olmaq istəyənlər gəlsin!!!

Bankir olmaq, bank sahəsində çalışmaq istəyirsiniz?

Çox sərfəli və yararlı bir təklifimiz var. 

Qeydiyyat üçün buraya daxil olun.

Azərbaycanca

Avroya tələbat artıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində oktyabr ayında kommersiya banklarından xalis avro alışı sentyabr ayı ilə müqayisədə 11,3% artaraq 39 254,4 min təşkil edib. 2016-cı ilin ilk 10 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 232 396,2 min avro olub. Sentyabr ayında isə əhalinin kommersiya banklarından xalis avro alışı 35 265,1 min təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »