Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə AMB-dən bildirilib.
Bugünkü valyuta hərracı 1,7414 AZN//USD məzənnəsi ilə yekunlaşıb


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə AMB-dən bildirilib.
“İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb”.
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən verilən məlumata görə, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Bu vaxta qədər Azərbaycana qoyulan hər 1 dollara sərmayəyə görə investorlar 2 dollar divident götürüb. Bunu bu gün Bakıda işə başlayan Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Türkiyədə dolların məzənnəsi son 4 gündə 6,11%-ə yaxın azalaraq 3,60 TRY/USD-dən 3,38 TRY/USD-yə düşüb. Buna səbəb son iki ayda Türkiyədə dolların 20% bahalaşmasından sonra bankların və investisiya fondlarının mənfəətlərini realizə etməsi olub. Dolların məzənnəsinin ilin sonuna qədər 3,40 lirə səviyyəsini keçəcəyi və 3,40-3,50 TRY/USD diapazonunda tarazlanacağı ehtimal edilir.
ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 26 noyabr-2 dekabr hesabat həfəsində 2,39 mln. barel və ya 0,5% azalaraq 485,8 mln. barelə geriləyib. "Forexpf.ru" saytına istinadən verilən xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika informasiyaları İdarəsi məlumat yayıb.
Ləğvetmə prosesində olan 4 bankın ipoteka portfeli "Bank BTB" ASC-yə ötürülüb. Bankdan verilən məlumata görə, bununla bağlı "Bank BTB" ilə "Azərbaycan İpoteka Fondu" ASC arasında razılaşma imzalanıb.
Mərkəzi Bank “qara bazar”ın idarə etməsilə bağlı iddialara cavab verib.
Mərkəzi Bank tərəfindən 21 dekabr 2015-ci il tarixində “idarə olunan üzən məzənnə” rejiminə keçilməsi ilə əlaqədar həmin tarixdən etibarən valyuta bazarına müdaxilə, elan olunmuş məzənnə rejiminə uyğun olaraq valyuta hərracları vasitəsilə həyata keçirilir:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 713,861 mln. manat ödənilib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar və yaxud 0,80% azalıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,47 dollara bərabər olub.