Azərbaycan 9 ayda 1 milyon tondan çox buğda idxal edib | Banco.az

Azərbaycan 9 ayda 1 milyon tondan çox buğda idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-sentyabr aylarında 224 milyon 30 min ABŞ dolları dəyərində 1 milyon 44 min 835 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 18,8%, miqdarı isə 18,9% artıb.

2025-ci ilin ilk 3 rübündə idxal edilən buğdanın dəyəri 188 milyon 580 min dollar, miqdarı isə 878 min 669 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram