Müəllif:Mehin Qasımova,Banco.az
Fransada etirazlar zamanı mağazalarda baş verən talan hadisələrindən sonra oğurlandığı iddia edilən lüks mallar internetdə və küçələrdə satışa çıxarılıb.
Banco.az xəbər verir ki, ölkədə 3000-dən çox müəssisənin zərər gördüyü bildirilir.
İkinci əl satış platforması Vinted-də "Sephora" kosmetikası, futbol formaları, bahalı idman ayaqqabıları və video oyunların satış elanları yayılıb. Bəzi elanlarda məhsulların 17 oktyabrda əldə edildiyinə işarə edən ifadələr yer alıb.
Sosial şəbəkələrdə lüks malların adi qiymətlərindən 80-90% aşağı satıldığı da iddia olunur. Fransa hökuməti "Vinted", "eBay", "Amazon", "Meta" və "TikTok" kimi platformaları şübhəli elanların silinməsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə çağırıb.
"Vinted" oğurlanmış mallarla əlaqəli ola biləcək elanları silmək üçün tədbirləri gücləndirdiyini açıqlayıb. Hadisələr fonunda zibil qutusunun yanında qutuda olduğu iddia edilən "Rolex" saatının görüntüləri də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lakin saatın orijinallığı və talanlarla əlaqəsi təsdiqlənməyib.
