Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri illik müqayisədə 5,6 faiz azalaraq 12 milyard 341,3 milyon manat təşkil edib.
Banco.az ARDNF-nin 2026-cı ilin yanvar–sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə fondun neft-qaz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 11,5 faiz artaraq 8 milyard 740,6 milyon manat olub.
Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 31,2 faiz azalaraq 3 milyard 600,7 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə illik müqayisədə 11,3 faiz azalaraq 9 milyard 681,2 milyon manat təşkil edib.
Hesabata əsasən, dövlət büdcəsinə ARDNF tərəfindən 9,6 milyard manat (11,9 faiz azalma) köçürülüb.
