Türkiyədə işsizlik 8,6 faizə yüksəlib | Banco.az

Türkiyədə işsizlik 8,6 faizə yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ikinci rübdə işsizlik 8,6 faizə yüksəlib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) Ev Təsərrüfatı İşçi Qüvvəsi Araşdırmasının nəticələrinə görə, 15 və yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin II rübündə əvvəlki rüblə müqayisədə 106 min nəfər artaraq 3 milyon 34 min nəfərə çatıb.

İşsizlik səviyyəsi isə 0,3 faiz bəndi artaraq 8,6 faiz olub. İşsizlik göstəricisi kişilərdə 7 faiz, qadınlarda isə 11,6 faiz olaraq qiymətləndirilib.

2025-ci ilin II rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 41 min nəfər azalaraq 32 milyon 435 min nəfər təşkil edib, məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi azalıb və 48,9 faiz olub. Bu göstərici kişilərdə 66,1 faiz, qadınlarda isə 32,1 faiz olaraq qeydə alınıb.

Əmək bazarında iştirak nisbəti 53,5 faiz olub.

2025-ci ilin II rübündə işçi qüvvəsi əvvəlki rüblə müqayisədə 65 min nəfər artaraq 35 milyon 469 min nəfərə çatıb, əmək bazarında iştirak nisbəti isə dəyişməyərək 53,5 faiz səviyyəsində qalıb. Bu göstərici kişilərdə 71,1 faiz, qadınlarda isə 36,3 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram