“S&P” Türkiyənin kredit reytinqi proqnozunu artırıb | Banco.az

“S&P” Türkiyənin kredit reytinqi proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P” Türkiyənin kredit reytinqi proqnozunu stabildən müsbətə dəyişib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “S&P” təqvim xaricində qiymətləndirmə edərək Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləyib.

Reytinqin proqnozunu isə stabildən müsbətə dəyişib.

Hesabatda siyasətçilərin iqtisadiyyatın soyudulmasında irəliləyiş əldə etdikləri və Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) tükənmiş xalis valyuta ehtiyatını yavaş-yavaş bərpa etdiyi bildirilib.

“2023-cü ilin sonunda büdcə kəsiri/ÜDM nisbətinin 4,3 faiz hədəfindən aşağı olacağını və ilin son 4 ayında idxalın kəskin şəkildə azalacağı gözləntiləri ilə cari hesab kəsirinin tədricən daralacağını proqnozlaşdırırıq”, - hesabatda deyilir.

Bununla yanaşı, bildirilib ki, Mərkəzi Bankın sərt mövqeyi başlıq inflyasiyada sabitləşməyə səbəb olsa da, lakin bu, hələ də yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram