Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək | Banco.az

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsini nəzərdə tutub.

Bu barədə Fond xəbər verir.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.