Müəllif: Gülnar Əhmədli, Banco.az
"OPEC+" qrupunun sentyabr ayında növbəti böyük hasilat artımını təsdiqləməsindən sonra neft ucuzlaşıb. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar da qiymətlərə təzyiqi artırıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,31 dollar və ya 0,57% faiz azalaraq 69,45 dollara enib.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,50 dollar və ya 0,29% azalaraq bir barelə görə 67,15 dollar təşkil edib.
Qeyd edilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət "OPEC+" qrupu bazar günü sentyabrda gündəlik hasilatı 547 min barel artırmağa qərar verib.
Bizi sosial şəbəkələrdən izləyin!!