Müəllif: Tamara Mustafayeva, Banco.az
“Nvidia” süni intellektlə işləyən əczaçılıq laboratoriyalarına 1 milyard dollar investisiya yatıracaq.
Banco.az xəbər verir ki, “Nvidia” dərman sektorunda süni intellektdən istifadənin sürətləndirilməsi məqsədilə ABŞ mərkəzli dərman şirkəti “Eli Lilly & Co.” ilə birlikdə yaradılacaq yeni laboratoriyaya beş il ərzində 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
“Nvidia” tərəfindən bazar ertəsi günü yayımlanan açıqlamada bildirilib ki, sözügedən obyekt Silikon Vadisində inşa ediləcək və “Lilly”nin laboratoriya sahəsindəki təcrübəsi süni intellekt innovasiyalarının mərkəzinə daha da yaxınlaşdırılacaq. Şirkət layihəni ortaq investisiya kimi xarakterizə etsə də, maliyyə təfərrüatları ilə bağlı əlavə məlumat bölüşülməyib.
Bu sərmayə “Nvidia”nın əldə etdiyi maliyyə gücündən istifadə edərək məhsulları üçün yeni bazarlar yaratmaq strategiyasının ən son nümunəsi kimi qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
