Hindistan Rusiyadan neft almağa davam edir | Banco.az

Hindistan Rusiyadan neft almağa davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hindistan ABŞ və Aİ-nin təzyiqlərinə baxmayaraq, Rusiyadan neft alışını davam etdirir.

Banco.az xəbər verir ki, avqustun 2 və 3-də Hindistan neftayırma zavodlarına azı dörd tanker Rusiya nefti yükləyib.

“The Times of India”nın məlumatına görə, Rusiyadan Hindistana neft tədarükü adi qaydada davam edir: “Bazar ertəsi iki tankerin Hindistan şirkətlərinə daha 2,2 milyon barel Rusiya nefti göndərəcəyi gözlənilir”.

Hindistan idxaldan yüksək səviyyədə asılılığı ilə dünyanın üçüncü ən böyük neft istehlakçısıdır. Hindistan neft emalı zavodları xammalı 30-dan çox ölkədən, o cümlədən Rusiyadan alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram