Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” Belçikaya ediləcək yeni investisiya ilə bağlı açıqlama yayıb.
Banco.az xəbər verir ki, açıqlamada bildirilib ki, “Google qarşıdakı iki il ərzində bulud və süni intellekt infrastrukturunu genişləndirmək məqsədilə Belçikaya əlavə olaraq 5 milyard avro investisiya yatıracaq.”
Əlavə investisiyanın ölkədə yerləşən məlumat mərkəzinin genişləndirilməsini də əhatə edəcəyi qeyd olunub və bu çərçivədə 300 yeni iş yerinin yaradılacağı bildirilib.
Açıqlamada həmçinin Belçikada külək enerjisinə investisiya qoyulacağı və elektrik şəbəkəsinin təmiz enerji ilə dəstəklənəcəyinin planlaşdırıldığı vurğulanıb.
Hazırda “Google”un Belçikanın Sent-Qislen şəhərində təxminən 11 milyard avro dəyərində investisiya ilə qurulmuş və 600 nəfərin çalışdığı böyük bir məlumat mərkəzi mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!