Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə bu il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,15 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna görə, OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə gələn il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 54,78 mln. barel səviyyəsində olacaq.
Qeyd edilib ki, ötən il OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
