Neft qiymətləri cümə axşamı İran və Oman arasında aparılan danışıqların ABŞ ilə İran arasında sülh razılaşmasına zəmin yarada biləcəyi və Hörmüz boğazının yenidən nəqliyyat üçün açılacağına dair gözləntilərin təsiri ilə ucuzlaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçersləri 0,5% azalaraq 79,08 dollar, ABŞ-ın WTI markalı xam nefti isə 0,7% ucuzlaşaraq 74,69 dollar səviyyəsində ticarət olunub.
Qeyd edilib ki, Nomura Securities şirkətinin iqtisadçısı Yuki Takaşimanın sözlərinə görə, İran və Oman arasında aparılan danışıqlarda irəliləyiş əldə olunduğuna dair xəbərlər bazarda satış təzyiqini artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
