Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 10 fevral 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Prezidentin İşlər İdarəsi (3 ədəd) və DİN Polis Akademiyasına (3 ədəd) məxsus avtomobillər satışa çıxarılacaq.
Qeyd edilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 5 000 manatdan 10 500 manata qədərdir.
Nəqliyyat vasitələrinin markaları isə 3 ədəd "BMW", 1 ədəd "Nissan Sentra", 1 ədəd QAZ 2752-114 Yük təcili yardım və 1 ədəd "Hyundai Sonata"dır.
Bizi sosial şəbəkələrdən izləyin!!
