Bu ölkədə inflyasiyanın səviyyəsi 160 faizi ötüb | Banco.az

Bu ölkədə inflyasiyanın səviyyəsi 160 faizi ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentinada inflyasiya 160 faizi ötüb.

Banco.az xəbər verir ki, sağçı populist Xavyer Mileinin vəzifəyə gələn kimi valyutanı devalvasiya etdiyi Argentinada son inflyasiya məlumatları yeni hökumətin işinin asan olmayacağını göstərir.

Belə ki, ölkədə illik inflyasiya noyabrda 160,90 faiz təşkil edib.

İqtisadçıların proqnozları ölkədə inflyasiyanın illik 156,30 faiz səviyyəsində qeydə alınacağı istiqamətində idi.

Oktyabrda isə illik inflyasiya 142,70 faiz təşkil etmişdi.

Qeyd edək ki, noyabrda aylıq inflyasiya 12,80 faiz təşkil edib. Bu göstərici üçün proqnoz 11,40 faiz idi. Oktyabrda aylıq inflyasiya 8,30 faiz olaraq qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram