Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 281,7 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,2 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 49,9 faiz artıb.
Yanvar-noyabr aylarında 25 475 ədəd notbuk (14,9 dəfə çox), 2 884 ədəd stolüstü kompüter, 438,2 min ədəd ölçmə cihazları, 251 ədəd güc transformatorları, 936 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
