Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin noyabrın 1-i vəziyyətinə görə, 286,9 min nəfərə bərabər olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 247,3 min nəfər olub, onlardan 4 960,4 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 719,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 890,9 min nəfər, qeyri-dövlət sektorunda isə 828,9 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 6788,3 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!