“Apple” çinli müştərilərini "Huawei" markasına uduzur | Banco.az

“Apple” çinli müştərilərini "Huawei" markasına uduzur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” Çin bazarındakı liderliyini itirməyə başlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın ən yeni “iPhone” modelinin Çindəki digər rəqiblərindən geri qaldığına dair artan sübutlar aşkarlanıb. Açıqlanan məlumatlar şirkətin  ən mühüm xarici bazarı olan Çində tənəzzül yaşayacağına dair siqnallar verir.

Bazar araşdırmaçısı “GfK” tərəfindən əldə edilən bütün markalar üzrə son istehlakçı satışlarını əhatə edən məlumatlar göstərir ki, iPhone 15 seriyasının satışları təqdimat ayında əvvəlki illə müqayisədə 6 faiz azalıb.

Bununla yanaşı, mobil telefon sənayesi izləyicisi “IDC” hesab edir ki, üçüncü rübdə “Apple”ın tədarükləri 4 faiz azalıb.

“GfK”nin məlumatına görə, tədarük məhdudiyyətləri ilə üzləşməsinə baxmayaraq, “Huawei” şirkətinin “Mate 60” seriyası satışa çıxarıldığı ayda 1,5 milyona yaxın satış həyata keçirib ki, bu da bir il əvvəlki göstəricidən iki dəfə çoxdur.

Qeyd edək ki, 3-cü rübdə xalis mənfəətini iki dəfədən çox artıran “Huawei”in balans hesabatı onun mobil telefon bazarında güclü satış həcminə malik olduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram