Kapital Bankın bəzi filialları 24, 25, 26 mart tarixlərində müştərilərin xidmətində olacaq. Həmin filiallar bunlardır: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar (1 saylı Sabunçu, 1 saylı Səbail, Şuşa, 2 saylı Xətai, Tərəqqi, 1 saylı Yasamal rayon filialları istisna olmaqla); Abşeron, Sabirabad, İmişli, Ağdam, Kəpəz, Saatlı, Xaçmaz, Cəlilabad, Lənkəran, Zaqatala rayon, Gəncə şəhər filialları.
“Bank Technique” Baş ofisində yerləşən Müştəri Xidməti Departamenti yeni ünvana köçürülür
Novruz bayramından sonra, 27 mart 2014-cü il tarixindən başlayaraq, “Bank Technique” ASC-nin Müştəri Xidməti Departamenti Atatürk prospekti, 1107 ünvanından köçürülərək Babək prospekti 16, ünvanında yerləşən yeni inzibatı binada fəaliyyət göstərəcək.
DəmirBank “Sərfəli Novruz” adlı güzəştli kredit aksiyası keçirir
DəmirBank Novruz Bayramı münasibətilə “Sərfəli Novruz” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 28 mart 2014-cü il tarixinədək davam edəcək.
Əmanətlərinizi Yapı Kredi Banka etibar edin, ürəyiniz rahat olsun.
Əmanətlərimizi etibar etməyimiz, toplanan pulların üzərindən xərcləmələr etməməyimiz və nəticədə əldə etmək istədiklərimizi zamanında qazanmaq üçün Yapı Kredi Bank Azərbaycan fürsətlər yaradır.
Əmanətlərimizin Yapı Kredi Bank Azərbaycana yatırırlmasının bir neçə üstünlükləri vardır.
Bolkartdan Novruz alış-verişi kampaniyası!
Novruz bayramı ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir.19 mart 2014-cü il tarixinə qədər Bolkartın keçərli olduğu iri supermarket və mağazalarda alış-veriş edən kart sahibləri, ödənişlərini iki ay sonra etmək imkanı qazanacaq. Beləliklə, kart sahibi alış-verişini martda edib, ödənişini isə may ayında edəcək.
“AtaBank” ASC Novruz bayramda məktəbliləri sevindirdi
16 mart 2014-ci il tarixində "AtaBank”ın dəstəyi ilə məktəbli uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olundu. 350-dən artıq uşağın iştirak etdiyi Novruz şənliyində şən klounlar, Kosa və Bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçirdilər, onlara bayram sevincini yaşatdılar. Şən musiqi sədaları altında uşaqlar rəqs etdilər və tədbirin sonunda uşaqlara hədiyyələr verildi.
“Bank of Baku”-nun kredit ödənişi və sifarişi eManat terminallarında!
Artıq “Bank of Baku”-nun müştəriləri kreditlərini eManat terminallarında rahat ödəyə və sifariş edə bilərlər. Bu, “Bank of Baku” və “Modenis” MMC arasında əldə edimiş razılaşma çərçivəsində mümkün olub. Əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişini və sifarişini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı eManat ödəniş terminallarında edə bilərlər.