Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransada gənclərin 80 faizi gələcəklə bağlı narahatdır.
Banco.az xəbər verir ki, Fransada keçirilən sorğu gənclərin təxminən 80 faizinin gələcəkləri ilə bağlı narahat olduğunu və ölkəni tərk etməyi düşündüyünü ortaya qoyub.
“İpsos” araşdırma şirkəti tərəfindən 2027-ci il prezident seçkiləri ərəfəsində namizədlərə siyasi təkliflər hazırlayan “Jeunesse 2027” adlı vətəndaş cəmiyyəti təşkilatı üçün keçirilən sorğuda fransalı gənclərdən gələcəkləri ilə bağlı düşüncələri soruşulub.
İyunun 23-dən avqustun 5-dək 18-29 yaş arasında 3 mindən çox şəxsin iştirakı ilə keçirilən sorğuya əsasən gənclərin 80 faizi gələcəkləri ilə bağlı narahatlıq keçirir. Onlar yaranmış vəziyyətə görə siyasətçiləri məsul tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!
