Araşdırma: Gülnar Əhmədli, Banco.az
Dünəndən sosial şəbəkələrdə banklar arasında olan maraqlı "evlilik təklifi" populyarlaşıb. Belə ki, Kapital Bank Instagram hesabında barmağında üzük olan bir qadın əli paylaşıb. Buna qarşılıq olaraq Leobank "She said Yes" deyə bir post paylaşıb.
Bu iki bank arasındakı əyləncəli münasibət izləyicilər tərəfindən də maraqla qarşılanıb. Digər banklar da buna uyğun gülməli və maraqlı postlar paylaşıblar. Banklarla yanaşı digər şirkətlər də mövzuya uyğun maraqlı fotolar paylaşıblar. Həmin postlardan bəzilərini təqdim edirik.
Kapital Bank-ın paylaşımı belə idi:

O sırada Leobank belə bir post paylaşdı:

AFB Bank da mövzuya maraqlı və əyləncəli yanaşıb:

Unibank "Subaylar üçün olsun!" - deyir.

Expressbank toyla bağlı xərclər üçün kredit faizi ilə bağlı paylaşım edib:

Yapı Kredi Bank Azərbaycan deyir ki, üzük hazırdırsa, toy xərcləri üçün kredit bizdən olsun!.

Unicapital investisiya şirkəti də banklara qoşulub:

Bizi sosial şəbəkələrdən izləyin!!
