Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faizləri təxminən üç ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, İpoteka Bankirləri Assosiasiyasının (MBA) açıqladığı məlumatlara görə 30 illik sabit faizli ipoteka kreditləri üzrə faiz dərəcəsi oktyabrın 2-də başa çatan həftə ərzində 19 baza bəndi artaraq 7,49 faizə yüksəlib. Bununla da göstərici 2023-cü ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb. Son üç həftədə təxminən 0,5 faiz bəndi artan bu göstərici 2023-cü ilin əvvəlindən bəri ən sürətli yüksəlişə işarə edir.
İran müharibəsinin başlamasından sonra enerji xərcləri və ümumi inflyasiya artıb. Bu da ipoteka faizlərinə böyük təsir göstərən 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsinə səbəb olub. İstiqrazların gəlirliliyi bazar ertəsi 2002-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qiymətlərin hələ də yüksək səviyyədə qalması ilə yanaşı ipoteka faizlərinin yüksəlməsi də həm ikinci əl mənzil satışlarının, həm də yeni mənzil satışlarının sürətlənməsinə mane olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
