Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanda quraqlıq şəkər istehsalına zərbə vurub.
Banco.az xəbər verir ki, Hindistanın bu ay başlayan 2026/27 mövsümündə şəkər istehsalının 30 milyon tondan aşağı düşəcəyi gözlənilir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidməti (USDA FAS) yayımladığı hesabatda ölkənin şəkər istehsalını 29,5 milyon ton səviyyəsində proqnozlaşdırıb. USDA-nın son rəsmi istehsal proqnozu isə 33,6 milyon ton olub.
Hesabata görə şəkər qamışının əsas istehsal bölgələrində bitkinin inkişafı üçün mühüm olan dövrlərdə yağıntıların az olması və uzunmüddətli quraqlıq bitkilərin inkişafına mənfi təsir göstərib. Bu şərait yığılan şəkər qamışının çəkisinin və hər hektardan əldə olunan məhsuldarlığın azalmasına səbəb olub.
Əsas istehsal bölgələrindən biri olan Maharaştra ştatında vaxtsız yağıntılar da bəzi sahələrdə suyun yığılmasına səbəb olaraq məhsuldarlığa olan təzyiqi artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
