Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya və Fransa daxiliyanma mühərriklərinə qadağa ilə bağlı razılığa gəlib.
Banco.az xəbər verir ki, Almaniyanın iqtisadiyyat qəzeti “Handelsblatt”ın xəbərinə görə Paris və Berlin arasında daxiliyanma mühərriklərinə qadağanın yumşaldılması planının əsas istiqamətləri üzrə razılıq əldə olunub. Hazırda planın detalları ilə bağlı danışıqlar davam edir.
Qüvvədə olan Avropa İttifaqı qanunvericiliyinə əsasən yeni avtomobillərin karbon qazı emissiyalarının 2035-ci ilədək 100 faiz azaldılması, yəni daxiliyanma mühərriklərindən tamamilə imtina edilməsi nəzərdə tutulur. Avropa Komissiyası isə daha əvvəl bu hədəfin 90 faizə endirilməsini təklif edib.
Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makronun yeni planı isə bu təklifdən də irəli gedərək hər hansı kompensasiya tələbi qoyulmadan emissiyaların azaldılması hədəfinin daha 10 faiz bəndi aşağı salınmasını nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!
