Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, iyul ayında istehlak qiymətləri aylıq ifadədə 1,78% artıb. İyunda bu göstərici 0,99% təşkil edib. İllik inflyasiya isə 31,75%-ə bərabər olub.
Banco.az xəbər verir ki, aylıq ən yüksək qiymət artımı 10,74% ilə səhiyyə qrupunda qeydə alınıb.
Məlumata görə, illik inflyasiya baxımından yavaşlama müşahidə edilib. İyun ayında bu göstərici 32,11 faiz təşkil edirdi.
İllik müqayisədə ərzaq və alkoqolsuz içkilər 37,53%, nəqliyyat 30,83%, mənzil, su, elektrik, qaz və digər yanacaq qiymətləri isə 40,32% artıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı iyul ayında inflyasiyanın əsas meylinin müvəqqəti olaraq yüksələ biləcəyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
