Türkiyə bankları Rusiya ilə əməliyyatları dayandırmaq niyyətindədir | Banco.az

Türkiyə bankları Rusiya ilə əməliyyatları dayandırmaq niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyə bankları Rusiya və Belarusla əməliyyatları dayandırmaq və bu əməliyyatları yalnız bir banka həvalə etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə konsaltinq sənayesindəki mənbə məlumat yayıb.

Bildirilib ki, mövcud vəziyyəti nəzərə alaraq, demək olar ki, bütün türk bankları Rusiya və Belarusla əməliyyatlardan tamamilə çıxmaq istəyir. Banklar bütün bu əməliyyatları “Emlak Katılım” Bankına həvalə etməyi və gələcəkdə mümkün sanksiyalar və məhdudiyyətlərdən qorunmağı hədəfləyir.

Bu vəziyyət xüsusilə Qərb tərəfdaşları olmayan özəl və dövlət türk banklarını narahat edir. Qərbli iştirakçıları olan maliyyə qurumları artıq Rusiya ilə əlaqəli əməliyyatları böyük ölçüdə dayandırıblar.

Qeyd olunub ki, hazırda yalnız “Emlak Katılım” Bankı  rus rublu ilə türk lirəsi arasında kommersiya əməliyyatları həyata keçirir. Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerhov banklararası vəziyyətlə bağlı verdiyi açıqlamada türk banklarının Rusiyaya mal daşıyan şirkətləri sıxışdırdığını, onların köçürmələrini blokladığını və hesablarını bağladığını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et