Palma yağı qiyməti yeddi ayın ən sürətli artımını göstərib | Banco.az

Palma yağı qiyməti yeddi ayın ən sürətli artımını göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Palma yağı qiyməti yeddi ayın ən sürətli artımını göstərib.

Banco.az xəbər verir ki, Palma yağı dünyanın ən böyük alıcısı olan Hindistanın Ukraynadakı müharibə səbəbilə tədarükündə problemlər yaranan günəbaxan yağına alternativ axtaracağı gözləntisi ilə bahalaşıb.

Kuala-Lumpurda palma yağı üzrə fyuçers müqavilələrinin qiyməti gün ərzində 3,5 faizə qədər artaraq son yeddi ayın ən sürətli yüksəlişini göstərib. Bununla da dünyanın ikinci ən böyük palma yağı istehsalçısı olan Malayziyada ehtiyatların artmasının təsiri ilə son dövrdə qeydə alınan itkilərin bir hissəsi kompensasiya olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram