Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 3 127,6 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 4 562,5 manat, özəl sektorda isə 2 810 manat olub.
2025-ci ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 3 911,7 manat, özəl sektorda isə 2 818,6 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
