Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı milyarder İlon Maskın yaratdığı "SpaceX" şirkəti tarixdə ən böyük ilkin kütləvi təkliflərdən (IPO) birini həyata keçirərək yeni rekord müəyyənləşdirib.
Banco.az xəbər verir ki, keçirilən IPO zamanı səhmlərinin qiymətini 135 dollar səviyyəsində müəyyən edib.
"SpaceX" ümumilikdə 555,56 milyon səhm sataraq 75 milyard dollar vəsait cəlb edib.
Bu əməliyyat nəticəsində raket, kosmik gəmi, peyk və süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətin bazar dəyəri 1,77 trilyon dollara yüksəlib. Beləliklə, "SpaceX" dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib.
Şirkətin səhmlərinin cümə günü Nasdaq birjasında ticarətə başlaması gözlənilir. Bu göstərici ilə "SpaceX" ABŞ-də açıq şəkildə ticarət olunan şirkətlər arasında yeddinci pilləyə yüksələcək.
Qeyd edək ki, bundan əvvəl tarixdə ən böyük IPO 2019-cu ilin dekabrında "Saudi Aramco" tərəfindən həyata keçirilib. Həmin əməliyyat zamanı şirkət 25,6 milyard dollar vəsait cəlb edib, bazar dəyəri isə 1,71 trilyon dollar təşkil edib.
