İlon Mask tarixdə ilk trilyoner oldu | Banco.az

İlon Mask tarixdə ilk trilyoner oldu

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən varlı iş adamlarından biri olan İlon Mask tarixdə sərvəti 1 trilyon dolları ötən ilk şəxs olub.

Banco.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, İlon Maskın qurduğu "SpaceX" şirkətinin ilkin kütləvi təklifindən (IPO) sonra onun sərvətində kəskin artım qeydə alınıb. Agentliyin hesablamalarına əsasən, SpaceX-in dəyəri təxminən 866 milyard dollar təşkil edir.

"SpaceX", "Tesla" və digər aktivlərin dəyəri nəzərə alındıqda, Maskın xalis sərvəti şirkətin səhmlərinin birjada ticarətə başlaması ərəfəsində 1,1 trilyon dolları keçib.

Bununla da İlon Mask dünya tarixində trilyon dollarlıq sərvət həddini aşan ilk şəxs kimi qeydə alınıb.