Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 may tarixinə ev təsərrüfatlarına kredit qoyuluşu 18 milyard 626.9 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu sektora kredit qoyuluşları illik müqayisədə 1 milyard 717.8 milyon manat və ya 10.2% artıb.
Sektora kredit qoyuluşları aylıq müqayisədə isə cüzi – 1.8% artıb.
2025-ci ilin eyni dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 16 milyard 909.1 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
