ABŞ istehsalçı inflyasiyası üç ildən çox müddətdə ən sürətli artım göstərib | Banco.az

ABŞ istehsalçı inflyasiyası üç ildən çox müddətdə ən sürətli artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ istehsalçı inflyasiyası üç ildən çox müddətdə ən sürətli artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-də istehsalçı qiymətləri indeksi (İQİ) may ayında aylıq 1,1 faiz, illik isə 6,5 faiz artaraq bazar gözləntilərini üstələyib. Bu göstərici 2022-ci ilin noyabr ayından bəri qeydə alınan ən yüksək artım olub.

İqtisadçıların gözləntisi istehsalçı inflyasiyasının aylıq 0,7 faiz, illik isə 6,4 faiz səviyyəsində olacağı istiqamətində idi.

Ərzaq və enerji qiymətlərinin təsirindən təmizlənmiş baza İQİ isə aylıq 0,4 faiz, illik 4,9 faiz artaraq proqnozlardan daha aşağı nəticə göstərib. Hesabata əsasən, enerji qiymətləri may ayında 10,7 faiz yüksəlib.

İranla bağlı müharibənin enerji qiymətlərini artırması nəticəsində istehlakçı inflyasiyası da may ayında yenidən sürətlənib. Bununla belə, baza inflyasiya gözləntilərdən daha zəif artım nümayiş etdirib.

Hesabatda qeyd olunub ki, “Hörmüz boğazı”nın bağlanmasından qaynaqlanan enerji qiymətləri şoku ABŞ iqtisadiyyatına təsirini getdikcə artırır. Münaqişənin qısa müddətdə həllinə dair əlamət görünmədiyindən, şirkətlər artan enerji və nəqliyyat xərclərini məhsul və xidmətlərin qiymətlərinə əks etdirdikcə digər mal və xidmətlər də bahalaşmağa başlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram