2026-cı il Dünya Kubokunun qalibi tarixin ən böyük mükafatını alacaq | Banco.az

2026-cı il Dünya Kubokunun qalibi tarixin ən böyük mükafatını alacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Şimali Amerikada keçirilən 2026-cı il FIFA Dünya Kuboku rekord mükafat  ilə futbol tarixinə düşməyə hazırlaşır.

Banco.az xəbər verir ki, FIFA turnirdə iştirak edən milli komandalar üçün görünməmiş həcmdə maliyyə vəsaiti ayırıb.

Yeni dünya çempionu turnir ərzində əldə etdiyi nəticələrə görə ümumilikdə 50 milyon dollar mükafat qazanacaq.

Məlumata görə, çempion komanda final görüşündəki qələbə və qızıl medal üçün 25 milyon dollar bonus əldə edəcək.

Bu göstərici 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisinin qazandığı 42 milyon dolları 8 milyon dollar üstələyir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Rusiyada dünya çempionu olan Fransa millisi 38 milyon dollar mükafat alıb.

2026-cı il Dünya Kubokunun ümumi mükafat fondu isə rekord həddə – 655 milyon dollara çatdırılıb. Bu, əvvəlkilərlə müqayisədə 225 milyon dollar çoxdur.

Beləliklə, 2026-cı il Dünya Kuboku yalnız futbol baxımından deyil, maliyyə göstəricilərinə görə də yeni rekordların müəllifi olacaq. Milyonlarla dollar uğrunda mübarizə komandaların meydandakı motivasiyasını daha da artıracaq.