Sosial media vasitələrindən effektiv şəkildə istifadə etmək üçün diqqət edilməli bir çox məqam vardır. Ancaq heç şübhəsiz, bu məqamlar içərisində ən vaciblərindən biri sosial mediada ediləcək paylaşımın vaxtıdır. Çünki müəyyən fasilələrlə edilən paylaşımlar digərlərinə görə daha effektiv olur.
Aparılan bir araşdırmaya görə, həftə ərzində sosial media vasitələrində ediləcək paylaşımlar üçün ən effektiv saatları və günlər müəyyənləşdirilib.
Bu araşdırmaya görə, Facebook sosial şəbəkəsində edilən paylaşımlar adətən cümə axşamı daha effektiv nəticə göstərir. Fotoşəkil və ya videoları bu sosial şəbəkə vasitəsilə paylaşmağın ən ideal zamanı çərşənbə günü günorta saatları və cümə axşamı saat 13:00 ilə 15:00 aralığıdır. Ancaq bu vaxt dilimləri ərzində paylaşım edə bilmirsinizsə, həftə içi 10:00 ilə 15:00 arası da bir digər effektiv vaxtdır. Bununla yanaşı qeyd edək ki, axşam və səhər erkən saatlarda bu sosial şəbəkədə hər hansı bir məlumatı paylaşmaqdan yayınmaqla yanaşı, şənbə günü də paylaşım etməməyə üstünlük verin.
Twitter sosial şəbəkəsində həftə ərzində ən effektiv nəticə əldə edilən vaxt cümə günü saat 9:00 ilə 11:00 aralığıdır. Bununla yanaşı, cümə axşamı 9:00 ilə 13:00, cümə günü 8:00 ilə 14:00, şənbə günü 9:00 ilə 11:00 aralığı və 13:00 – də yüksək effektivlik əldə edilə bilən zaman dilimləridir.
Instagram – da isə foto şəkillər və videolar əsasən çərşənbə günləri 15:00 – da, cümə axşamları 11:00, 15:00 ilə 17:00 aralığında daha çox insana çatır. Bu sosial şəbəkədə paylaşım etmək üçün ən etibarlı vaxtlar çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 9:00 ilə 19:00 arasıdır. Bazar günü isə paylaşım etməkdən çəkinməlisiniz.
LinkedIn sosial media platformasında isə paylaşım etmək üçün ən düzgün vaxt çərşənbə günü saat 11:00 ilə 16:00 aralığı, həmçinin çərşənbə axşamı 9:00 olduğu qeyd edilib.
Həmçinin oxu: Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq
Tamara Mustafayeva, Banco.az