Rusiyanın xarici ticarətində rubl və dost ölkə valyutalarının payı 80 faizə çatıb | Banco.az

Rusiyanın xarici ticarətində rubl və dost ölkə valyutalarının payı 80 faizə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı ölkənin xarici ticarətində rubl, yuan və dost ölkə valyutalarının payının 80 faizə çatdığını bəyan edib.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı yazılı bəyanat yayıb.

Bəyanatda ABŞ-ın sanksiyaları səbəbindən Moskva Fond Birjasında dollar və avro ilə əməliyyatların dayandırılması ilə bağlı qiymətləndirmələr yer alıb.

Bəyanatda vurğulanıb ki, Moskva Fond Birjasına qarşı sanksiyalar yalnız daxili valyuta bazarında əməliyyatların strukturunu dəyişib, ixracdan valyuta daxilolmalarına və idxal üzrə ödənişlərə təsir etməyib.

Son illər Rusiya bazarında dollar və avronun payının xeyli azaldığı qeyd edilərək bunun ticarətin Şərqə yönləndirilməsinin və ödənişlərin rubla, yuana və dost ölkələrin digər valyutalarına dəyişməsinin nəticəsi olduğu bildirilib. Belə ki, sözügedən valyutalar hazırda xarici ticarət ödənişlərinin təxminən 80 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bir gün əvvəl Moskva Fond Birjasını sanksiyalar siyahısına salıb və qərardan sonra Moskva Fond Birjasında dollar və avro ilə əməliyyatlar dayandırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et