Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək həddini keçdi | Banco.az

Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək həddini keçdi

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal ərzaq qiymətləri avqust ayında da artım tendensiyasını davam etdirib.

Banco.az xəbər verir ki, FAO-nun ərzaq qiymətləri indeksi avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.

FAO-nun Ərzaq Qiymətləri İndeksi avqust ayında iyul ayı ilə müqayisədə 1,9 faiz artıb. Buna dənli bitkilər, şəkər və süd məhsullarının qiymətlərindəki artım səbəb olub.

İndeksdə illik 2,5 faiz artım müşahidə olunub.

Qlobal ərzaq bazarları təchizat, ticarət və iqlimlə bağlı böhranlar, eləcə də istehsalçıların artan xammal xərcləri ilə mübarizə aparması səbəbindən təzyiq altında qalmaqda davam edir.