ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb | Banco.az

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust aylarında 537 min tondan çox yük aşırılıb.

Banco.az  ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

    Məlumata görə, yalnız 2026-cı ilin avqust ayında terminalda 76 min ton yük aşırılıb. Bu göstərici illik müqayisədə 50% artıb.