ECB-nin baş iqtisadçısı Leyndən yeni enerji şoku xəbərdarlığı | Banco.az

ECB-nin baş iqtisadçısı Leyndən yeni enerji şoku xəbərdarlığı

Müəllif: Tamara Mustafayeva, Banco.az

ECB-nin baş iqtisadçısı Leyndən yeni enerji şoku xəbərdarlığı.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) baş iqtisadçısı Filip Leyn İsveçrənin “Le Temps” qəzetinə verdiyi müsahibədə bildirib ki, hazırda təkcə neft deyil, təbii qaz qiymətləri də ikinci bahalaşma dalğası ilə üzləşir.

Leyn deyib: “Hazırda təkcə neftdə deyil, təbii qazda da ikinci qiymət artımı dalğasını yaşayırıq. Düşünürük ki, bu ikinci enerji qiymətləri artımı dalğası 2027-ci ilin ortalarından etibarən inflyasiyanın hədəfimizə doğru enməsindən əvvəl daha yüksək və daha uzunmüddətli inflyasiyaya səbəb olacaq”.

Leyn bildirib ki, hazırda müşahidə olunan “enerji qiymətlərində ikinci artım dalğası” ərzaq qiymətləri, elektrik enerjisi də daxil olmaqla ümumi enerji qiymətləri və bütövlükdə mallar üzərində bahalaşma təzyiqi yaradacaq. Onun sözlərinə görə xidmət sektoruna təzyiq isə məhdud qalacaq.

İran müharibəsinin enerji xərclərini sürətlə artırması fonunda bu ay həyata keçirilən ikinci faiz artımından sonra ECB rəsmiləri daha sərt pul siyasətinin tətbiqi üçün artıq zəmin hazırlamağa başlayıblar. Hətta oktyabr ayında uçot dərəcəsinin daha 0,25 faiz bəndi artırılması da gündəmə gələ bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram