“Meta”nın şəxsi köməkçisinə güclü tələbat səhmlərin bahalaşmasına səbəb olub | Banco.az

“Meta”nın şəxsi köməkçisinə güclü tələbat səhmlərin bahalaşmasına səbəb olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta”nın şəxsi köməkçisinə güclü tələbat səhmlərin bahalaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, “Meta Platforms”un yeni süni intellekt köməkçisi “Muse” bazar ertəsi ABŞ-də “Apple”ın “iOS App Store” və “Google Play Store” platformalarında ən çox yüklənən ödənişsiz tətbiqlər arasında birinci yerə yüksəlib.

“Sensor Tower”ın baş analitiki Eyb Yousefin məlumatına görə 18 yaş və yuxarı istifadəçilər üçün əlçatan olan köməkçi “Meta”nın tətbiqi sentyabrın 8-də təqdim etməsindən sonrakı altı gün ərzində 902 mindən çox dəfə yüklənib. Yousefin sözlərinə görə bu göstərici əvvəlki “Meta AI” tətbiqinin istifadəyə verilməsindən sonrakı eyni dövrdə qeydə alınan 773 min yükləmədən çoxdur.

“Muse” həmçinin “Meta”ya məxsus “WhatsApp” vasitəsilə də istifadə edilə bilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram