Mis qiymətləri rekord səviyyəyə çatır | Banco.az

Mis qiymətləri rekord səviyyəyə çatır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mis qiymətləri təchizat çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda rekord səviyyəyə çatır.

Banco.az xəbər verir ki, mis son dörd ayın ən uzunmüddətli bahalaşma seriyasına doğru irəliləyir. Şanxay Metal Bazarının (SMM) məlumatına görə Çinə müəyyən həcmdə idxal olunan mis daxil olsa da onun böyük hissəsi anbarlara deyil, birbaşa istehsalçılara göndərilib. Bu isə spot bazarda təchizatın məhdud qalmasına səbəb olub.

SMM-in qeydlərində bəzi aşağı sənaye sahələrində fəaliyyət göstərən istehsalçıların Payızın Ortası Festivalı və Milli Bayram tətili öncəsi ehtiyat toplaması səbəbindən tələbin mövsümi olaraq artdığı bildirilib. SMM-in yayımladığı həftəlik məlumatlara görə mühüm ticarət və istehlak mərkəzi olan Şanxayda mis katod ehtiyatları 43 min 900 tona qədər azalıb. Bu, 2023-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram