Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Rusiyaya qarşı sanksiyaları üç il uzadır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri iş adamları Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması, həmçinin 3 mindən çox şəxs və quruma qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin 36 ay müddətinə uzadılması barədə razılığa gəliblər.
“Politico”nun xəbərinə görə Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı sanksiya çərçivəsinin yenilənməsini müzakirə etmək üçün Brüsseldə bir araya gəliblər.
Toplantıda 3 mindən çox şəxs və quruma tətbiq olunan sanksiyaların növbəti 36 ay ərzində qüvvədə saxlanılması, həmçinin Usmanov və Fridmanın sanksiya siyahısından çıxarılması barədə razılıq əldə olunub.
Slovakiya və Fransa dəmir-polad, mədənçilik, mis, sement, telekommunikasiya, texnologiya və media sektorlarına investisiyaları olan özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
