Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-avqust aylarında Azərbaycandan 221 milyon 958 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 163 milyon 118 min dollar və ya 42,4% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 395 min 32 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 319 min 237 ton və ya 44,7% azalma deməkdir.
Qeyd edək ki, yanvar-avqust aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
