Müəllif: Tamara Mustafayeva, Banco.az
Palma yağı ehtiyatlarında rekord gözləntisi qiymətlərə təsir göstərə bilər.
Banco.az xəbər verir ki, Malayziyanın palma yağı ehtiyatlarının sentyabr ayında rekord səviyyəyə çatdığı ehtimal edilir. Dünyada ən çox istifadə olunan bitki yağlarından biri olan palma yağında ehtiyatların artması “El Niño”nun gələn il istehsala mənfi təsir göstərməsi riskinə qarşı qlobal tədarükü dəstəkləməklə yanaşı qiymətlərdəki enişi də dərinləşdirə bilər.
“Bloomberg”in sənaye rəhbərləri, treyderlər və analitiklərdən ibarət 10 iştirakçı arasında keçirdiyi sorğuya əsasən ehtiyatların aylıq təxminən 22 faiz artaraq 3,45 milyon tona çatdığı gözlənilir. Bu göstərici 2018-ci ilin dekabrında qeydə alınan 3,22 milyon tonluq əvvəlki rekord səviyyəni ötür.
Bu proqnoz ehtiyatların artmağa başladığı apreldən bəri təxminən 50 faizlik yüksəlişə işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
