Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 17 noyabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 3 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin markaları 2 ədəd "Chevrolet Niva 2123" minik və "Hyundai Elantra"dır.
Qeyd edək ki, avtomobillərin buraxılış ili 2007 və 1997-dir. Start qiymətləri isə müvafiq olaraq 2 100 manat, 2 400 manat və 1 500 manatdır. Niva-lar 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
