Norveç 2027-ci ildə Ukraynaya 9,2 milyard dollarlıq dəstək verəcək | Banco.az

Norveç 2027-ci ildə Ukraynaya 9,2 milyard dollarlıq dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç 2027-ci ildə Ukraynaya 9,2 milyard dollarlıq dəstək verəcək.

Banco.az xəbər verir ki, Norveç 2027-ci maliyyə ilində Ukraynaya 85 milyard Norveç kronu (9,2 milyard dollar) maliyyə dəstəyi göstərməyi planlaşdırır. Hökumət sözügedən məbləğin 2026-cı ildə göstərilən dəstəklə eyni səviyyədə olacağını açıqlayıb.

Norveçin Baş naziri Yonas Qar Støre və Skandinaviya və Baltikyanı ölkələrin liderləri Ukraynaya dəstək mesajı vermək məqsədilə bazar günü Kiyevə səfər ediblər.

Støre bildirib ki, dəstək hərbi və humanitar xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. O, Ukraynaya dəstək göstərilməsinin və ölkənin yenidən qurulmasının yalnız yardım olmadığını, eyni zamanda Avropanın təhlükəsizliyinə qoyulan sərmayə olduğunu vurğulayıb.

Bundan başqa, Finlandiya və Ukrayna arasında Finlandiyada pilotsuz sistemlərin istehsalı və inkişafı, eləcə də pilotsuz dəniz vasitələrinin birgə istehsalı ilə bağlı bir sıra sazişlər imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram