Müsahibəyə gecikən namizədə necə davranmaq lazımdır? | Banco.az

Müsahibəyə gecikən namizədə necə davranmaq lazımdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov namizədlərin müsahibəyə hazırlıq prosesi ilə bağlı maraqlı məqamlara toxunub.

Banco.az-ın məlumatına görə, ekspert bildirib ki, müsahibəyə gecikən zaman namizədə xüsusi hallarda güzəştlər edilə bilər:

“Müsahibəyə gecikmək hər kəsin başına gələ biləcək bir haldır. İşəgötürənin bu vəziyyətə necə yanaşdığı çox önəmlidir. Gecikmənin səbəbləri müxtəlif ola bilər, amma  onu düzgün dəyərləndirmək və namizədin potensialını obyektiv şəkildə qiymətləndirmək lazımdır. Gecikmənin arxasında əsaslı bir səbəb olarsa, bu namizədin məsuliyyətsiz olduğunu göstərməyə bilər. Bu zaman şirkət əməkdaşı  gözlənilməz halları nəzərə alıb empatiya göstərə bilər”.

Mütəxəssis hesab edir ki, bu halda namizədin performansını nəzərə alıb onun gecikmə səbəblərini görməzdən gəlmək olar:

Ən sərfəli kredit üçün müraciət et

“Gecikməni nəzakətli formada idarə edib müsahibəni müsbət bir şəkildə tamamlamaq mümkündür. Peşəkarlıq və nizam-intizam hər iki tərəf üçün vacibdir. Gecikmələr qaçınılmazdır, lakin bu halları peşəkar şəkildə idarə etmək şirkət imicini və namizədlərin müraciət sıxlığını yaxşılaşdıracaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et