"Assit Finance İnvestisiya Şirkəti" ASC "Bakı Fond Birjası" QSC-də 800 min manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.
Banco.az Birjaya istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 8 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. İstiqrazlara abunə yazılışı 7-21 oktyabrda həyata keçiriləcək.
Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir
Qiymətli kağızlar 6 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsinin tezliyi hərracın gedişində müəyyən ediləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
