Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də xidmət sektorunda artım zəifləyib.
Banco.az xəbər verir ki, açıqlanan məlumatlara görə, Təchizat Menecmenti İnstitutunun (ISM) xidmət sektoru indeksi ötən ay 0,5 bənd azalaraq 54,9-a düşüb.
Davamlı istehlak xərcləri, sabit əmək bazarı və güclü biznes investisiyaları xidmətlərə tələbi dəstəkləməyə davam etsə də, şirkətlər artan xərclərlə də mübarizə aparmalı olurlar.
ISM-nin mal və xidmətlərə görə ödənilən qiymətləri ölçən indeksi 74-ə yüksələrək 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. Yanacaq xərclərini artıran İran müharibəsindən dərhal əvvəl, fevral ayında indeks təxminən son bir ilin ən aşağı səviyyəsinə enmişdi.
Təchizat zəncirləri də gömrük rüsumları və Yaxın Şərqdəki münaqişədən təsirlənib. Təchizatçıların çatdırılma müddətlərini ölçən göstərici iyun ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
